OkLyrics A-Z

Retro - Leyla Sözləri

#Lyrics

(Lyrics)

At hər şeyi, dinlə məni,
Unut bugün qəm, kədəri,
Hər qəhəri vecinə alma
Qaranlığın tək qəməri.

Necə gözəl bir intihardı
Göz gözə gəlmək səninlə,
Daraq olsun barmağım da
Sünbül kimi tellərində.

Aldığın hər məğlubiyyət
Bilmədiyin bir zəfərdi, 
Sənə sevgimin ölçüsü, ey,
Cəhənnəmin dibi qədərdi.

Çırpınıram bülbül kimi
Ümidlərin pəncəsində,
Dincəlirəm dinləyəndə
Axan bulaqtək səsində.

Ömür gedər, gün keçər,
Amma üzülmə sən, Leyla,
Arzularını boşa çıxarma,
Çalış sən də feyz al.
İstə, qalım qollarında,
Seçim sənin, 1)Get; 2)Qal;
Gülümsəyir güllər indi,
Al-əlvandı hər yan.
(4x)

Yalnızlıq sevgilimdi,
Tərk edim, de, bir biçim,
Düyünləndi səsim mənim,
Ver o gözdən, bir içim.

Günahımtək sirli qal,
Və bilməsin heç kim səni.
Qəfil aparar küləklər də,
Qısqana birdən məni.

Qısa ömürlü kəpənək kimi
Xəyallarım dərindən,
Kağızları da boş ver sən,
Verərəm sənə qəlbimdən.

Səhvindən tərk edib də, 
Sənsizliyə kim dözər?
Lənət olsun, yenə deyirəm,
Lənət qadın çox gözəl.

Ömür gedər, gün keçər,
Amma üzülmə sən, Leyla,
Arzularını boşa çıxarma,
Çalış sən də feyz al.
İstə, qalım qollarında,
Seçim sənin, 1)Get; 2)Qal;
Gülümsəyir güllər indi,
Al-əlvandı hər yan.
(4x)

0 Like!

1 653

MUSIC VIDEO
Ok Lyrics / Lyrics / Retro - Leyla Sözləri
  • Ajda Pekkan - Canın Sağ Olsun şarkı sözleri
  • Canan - Aglamaqla Deyil (sözləri)
  • İlyas Yalçıntaş - Olur Olur Şarkı Sözleri
  • Lyrics Lyrics »

Popular Lyrics

© OkLyrics.com | All Lyrics | All Artists | Top 500 Lyrics

Copyright (DMCA) / Privacy Policy
All lyrics are property and copyright of their owners. All lyrics provided for educational purposes and personal use only.journalism.co.uk,theworldfolio.com